"Qarabağ"ın geniş heyəti var, bizdə isə ehtiyatda oturmağa adam yoxdur"

26 Oktyabr 2019 14:53 Səbail 771
"Qarabağ"ın geniş heyəti var, bizdə isə ehtiyatda oturmağa adam yoxdur"

"Bizi "Qarabağ"a qarşı çətin oyun olacaq. Bir neçə oyundur ki, məğlub oluruq. Bizim də vəziyyətimiz yaxşı deyil" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib.

"Səbail" oktyabrın 28-də Premyer Liqanın 9-cu turunda "Qarabağ"la qarşılaşacaq. Ramazanov Ağdam təmsilçisi ilə oyun barədə bunları deyib: " Hazırda Azərbaycanda "Qarabağ"a rəqib yoxdur. Ona görə onlarla oyun bizim üçün çətin keçir. "Qarabağ"a qarşı ancaq müdafiə futbolu oynayıb, şansını gözləməlisən. Xal almağı bacarsaq, biz də "qara zolaq"dan çıxa bilərik. Bizim üçün əla motivasiya olar".

"Qarabağ"ın çox futbolçusu var. Yəni, onlar yorğun 11 nəfərin hamısnı dəyişəcək geniş heyətə malikdir. Biz də isə ehtiyatda oturmağa adam yoxdur" deyə, Ağabala Ramazanov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti