Hacıyev Əliyevin ünvanına elə sərt sözlər işlətdi ki…

19 Oktyabr 2019 17:58 Səbail 1 278
Hacıyev Əliyevin ünvanına elə sərt sözlər işlətdi ki…

U-19-un baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsinin yekunları ilə bağlı danışıb. O, Çexiyada keçirilən qrup oyunlarını dəyərləndirərkən millinin uğursuz çıxışını bir sıra səbəblərlə əlaqələndirib.

Əliyev klub məşqçilərinin yığmada çalışan həmkarlarını düşünmədiklərini bildirib: “Səbail”dən ayrılandan sonra yerimə Aftandil Hacıyev gəldi və komanda ötən mövsüm uğurlu çıxış etdi. Bunu indi də davam etdirirlər.

Təəssüf ki, hərdən sözlər üst-üstə düşmür. Köməkçilərim ondan Ədilxan Qarayevin yığmaya tez qoşulmasını istəmişdi. Hacıyev isə Ədilxanın ona lazım olduğunu demişdi. Nəticədə bizə qoşulmadı, hazırlıqsız qaldı.

Heç “Neftçi” ilə oyunda da meydana çıxmadı. Ədilxan Norveç və Çexiya ilə matçların 60-cı dəqiqəsində əvəzlənməsini istəyirdi. Bizimlə tam hazırlaşmır, klubunda oynamır və buna görə də yığmada 90 dəqiqə mübarizə apara bilmir”.

Samir Əliyevin bu açıqlamasına Aftandil Hacıyevin cavabı gecikməyib. ”Səbail”in çalışdırıcısı Sportinfo.az-a açıqlamasında haqqında deyilənlərə sərt münasibət bildirib:

”Onun haqqımızda dedikləri ilə tanışam. Heç biri düzgün deyil. Samir Əliyev şəxsən mənə qarşı hörmətsizlik edib. O, mənə zəng vurmaq əvəzinə, klub nümayəndələri ilə əlaqə saxlayaraq Ədilxanın söhbətini eləyib. Futbolçumuz həqiqətən ona maraqlıydısa, niyə bir dəfə mənim özümlə danışmadı? Deyir ki, köməkçisi mənimlə əlaqə saxlayıb. Bəli, Emin İmaməliyev zəng vurmuşdu.

Ona dedim ki, limitə düşən cəmi 2 futbolçum var. Biri Turan Manafov, biri də Ədilxan Qarayev. Turan ”Neftçi” ilə oyunqabağı yüngül zədə almışdı. Meydana çıxması yenə də sual altındaydı. Eminə dedim, oktyabrın 2-də axşam təkrar mənlə əlaqə saxla. O da zəng eləmədi. Turan həmin oyunda zədə alsaydı, mən meydana kimi buraxacaqdım? Özüm çıxıb oynayacaqdım? Limitə düşən başqa gənc futboluçumuz yoxdur axı.

Özü də ki, mən heç kimə söz verməmişəm ki, Ədilxanı «Neftçi»yə qarşı oynadacam. Bu, oyundan və taktiki gedişlərdən asılı olan şeydir. Mən bunun hesabatını verməliyəm? Kim hazırdırsa, o da meydana çıxır. Biz Ədilxanı milliyə gec buraxmamışıq. Ora vaxtında gedib. «Neftçi» ilə oyun ayın 5-də olub, Avropa çempionatının seçmə mərhələsi 9-da başlayıb.

Bunlar komandanı ayın 2-də Bakıda yığıblar və deyirlər ki, qoy, futbolçu iki gün də əlavə gəlsin. U-19-a çağırılanların demək olar, hamısı Gənclər Liqasında çıxış edir. Bu yaşda uşaqları Premyer Liqada oynadan iki məşqçi varsa, biri Ayxan Abbasovdur, biri də mən. Başqa kim 18-19 yaşlı uşaqlara güvənir ki? Ədlixan kimi uşaqlar üçün Premyer Liqa komandasında məşq etməyin özü böyük işdir.

İki gün gedib Samir Əliyevin yanında çox qalmaqdansa, Maykl Essyenlə bir yerdə məşq eləməsi daha yaxşıdır. İkincisi də ki, Samir Əliyev bizdən qabaq «Səbail»in baş məşqçisi olub. İndi klublarda işləyən həmkarlarını tənqid edən hörmətli Samir müəllim mənə deyə bilər ki, «Səbail»də olduğu 1 il ərzində 18-19 yaşlı neçə gəncə şans verib? Ordan-burdan yığıb legioner gətirib, hamısı da elə-belə.

Lakin o yaşda bir yerli uşağı qabağa çəkməyib. Halbuki onda «Səbail»də baş məşqçidən nəticə istəmirdilər. Özü vaxtında millini düşünməyib, indi bizlərdə günah axtarır. Onun belə danışmağa heç bir haqqı yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"