Baş məşqçi "Səbail"in futbolçusunu günahlandırdı: "O, boş-boş danışır"

13 Oktyabr 2019 17:38 Səbail 939
Baş məşqçi "Səbail"in futbolçusunu günahlandırdı:

Moldova millisinin baş məşqçisi Semyon Altman Yevgeni Koçukun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sportinfo.az "moldfootball" saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis "Səbail"in futbolçusunu boş danışmaqda günahlandırıb:

"Biz bütün futbolçuları yoxlayırıq və onların hazırlıq səviyyəsinə baxırıq. Koçuk boş-boş danışıb ki, guya mən onun hansı mövqedə oynadığını bilmirəm. Bəziləri nə qədər diqqətli olduğumu yaxşı bilir. Mənə onun valideynlərinin kimliyi, uşaqlarının sayı və buna bənzər bir çox şey məlumdur. Sadəcə, həmin vaxt elə vəziyyət yarandı ki, hazırlıq üçün vaxt az oldu, Koçuk isə ən axırda gəlib çıxdı. Artıq bu haqda fikir bildirməyin yeri yoxdur. Adam boş-boş danışıb. Bu barədə başqa söz demək istəmirəm. Çünki artıq hər şey mətbuatda yazılıb".

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin Türkiyə ilə oyunu (0:4) öncəsi millinin düşərgəsini özbaşına tərk edən Koçuk daha sonra ölkəsinin mətbuatına açıqlamasında Altmanın onun "Səbail"də hansı mövqedə oynadığını bilmədiyini demişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"