"Zəng vurdum, dedi, gəl, səni gözləyirik" - FOTOLAR

10 Oktyabr 2019 15:30 Səbail 945
"Zəng vurdum, dedi, gəl, səni gözləyirik" - FOTOLAR

Dünən xəbər verdiyimiz kimi, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Belarusa yollanıb. O, BATE-nin (Borisov) məşqini izləyib.

Yerli komandanın baş məşqçisi Aleksey Baqa və Aftandil Hacıyev UEFA Pro lisenziya kursunda birgə təhsil alıb. Hacıyev Borisovdakı görüş zamanı həmkarına “Səbail”in formasını hədiyyə edib.

Aftandil bəy səfəri ilə bağlı Sportinfo.az-a açıqlama verib: "Bu səfər əvvəldən planda yox idi. İki gün içində qərar verdim ki, bura gəlim. Baqaya zəng vurdum, dedi, gəl, səni gözləyirik. Onunla kurslardan yaxın tanışam.

Gələn gündən burada özümə qarşı isti münasibət görürəm. Baş məşqçiyə və klub rəhbərliyinə ayrıca öz təşəkkürümü bildirirəm.

Hazırda gündəlik məşq proseslərini izləyirəm. Üç gündü gəlmişəm, Bakıya yalnız sabah axşam qayıdacam. BATE-də istirahətdən sonrakı hazırlıq prosesinin ilk mərhələsi gedir.

BATE inkişaf etməkdə olan klubdur. Hər il avrokubokların qrup mərhələsində çıxış edirlər. Məqsədləri yenə də Belarus çempionu olmaqdır. Bazada komandaya lazım olan hər şərait yaradılıb. Keyfiyyəti yüksək legionerləri və yerli futbolçuları var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu