"Deməzdim ki, "Qarabağ" asanlıqla çempion olacaq"

8 Oktyabr 2019 18:50 Səbail 641
"Deməzdim ki, "Qarabağ" asanlıqla çempion olacaq"

"Məncə, “Neftçi” ilə görüşdə pis təsir bağışlamadıq. Sadəcə, diqqətsizlikdən iki qol buraxdıq və uduzduq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Elvin Yunuszadə deyib.

27 yaşlı futbolçu komandasının ilk dövrədəki çıxışını dəyərləndirib: "İlk dövrə bizim üçün pis keçmədi. Yalnız son üç oyunda xal itirdik. Amma ümumi götürsək, pis olmadı".

O, çempionluq mübarizəsi haqda da danışıb: "Həm "Neftçi", həm də "Qarabağ" indiki vəziyyətdə güclüdür. Hər ikisinin yaxşı heyəti var. Hazırda "Qarabağ" daha yaxşı formadadır. Deməzdim ki, onlar asanlıqla çempion olacaq, amma böyük ehtimalla "Qarabağ" yenə 1-ci yeri təmin edəcək".

Digər Xəbərlər
Xəbər Lenti