"Planlaşdırdığımız heç nə alınmadı" - "Səbail"in müdafiəçisi

29 Sentyabr 2019 20:26 Səbail 444
"Planlaşdırdığımız heç nə alınmadı" -

"Səbail"in müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın VI turunda "Sabah"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- "Səbail"in 0:3 hesablı məğlubiyyəti biz jurnalistlər üçün gözlənilməz oldu...

- Elə bizim üçün də elə oldu. Çətin olacağını bilirdik. Rəqib oyuna yaşı başladı. Bizi təzyiq altında saxladı. Düzdür, bizdə də qol epizodları oldu, amma dəyərləndirə bilmədik. İkinci hissədə demək olar, müdafiədə oynadıq. Nəticədə 70-ci dəqiqədən sonra qollar buraxdıq.

- Aşağı sıralarda qərarlaşan komandaya qarşı qorxaq futbol oynadız. Məğlubiyyətə bu amilin səbəb olduğunu demək olarmı?

- Açığı, müdafiədən oynayıb, rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Planlaşdırdığımız heç nə alınmadı. İkinci yarıda ancaq müdafiə olunduq. Ona görə uduzduq.

- Səncə, 0:3 ədalətli nəticə oldu?

- Belə deməzdim. Fərdi səhvlərdən qollar buraxdıq. Artıq bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara köklənmək lazımdır.

- Növbəti oyun "Neftçi"yə qarşı olacaq...

- "Neftçi" çempionluğa oynayan komandalardan biridir. Ciddi hazırlaşıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!