Aftandil Hacıyev: "İstənilmədiyim yerdə qalmağı düşünmürəm"

29 Sentyabr 2019 19:53 Səbail 824
Aftandil Hacıyev: "İstənilmədiyim yerdə qalmağı düşünmürəm"

Azərbaycan Premyer Liqasında VI turun “Sabah” – “Səbail” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- İki fərqli hissə izlədik. Rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız qol epizodları oldu. Fasilədən sonra üstünlüyü əldən verdik. Qol epizodlarının reallaşdırılması üzərində işləməliyik. İlk qol fərdi səhv idi. Bundan sonra toparlana bilmədik. Ehtiyat qüvvədən yararlanmağa çalışdıq. 2-3-cü qolları isə son dəqiqələrdə buraxdıq. Bu oyunu təhlil edib, səhvləri aradan qaldırmalıyıq.

- “Səbail” “Sabah” üçün ən çətin rəqiblərdən idi. Məğlubiyyət komandanızın zəif çıxışına görə oldu, yoxsa rəqibin həddən artıq istəkli olmasına görə?

- Rəqibin qələbəsi yox idi. Bizə qarşı fərqli motivasiya ilə oynayacaqlarını bilirdik. Şanslardan istifadə edə bilsəydik, fərqli oyun olardı. Bizim onlar üçün çətin rəqib olmağımızla razılaşmıram. Bu gün “Səbail”lə “Sabah”ın klub olaraq fərqi çoxdu.

- Qarşıdakı oyununuz “Neftçi”yə qarşı olacaq...

- Hər tur eyni heyətlə oynamalı oluruq. Rotasiyalar olmur, istədiyimiz oyunu tapa bilmirəm. Bərpa olunub, əlimizdən gələni etməyə çalışacağıq. “Səbail”in 5 turda topladığı xal çoxlarını aldada bilər. Rəqiblərlə müqayisədə bizim üçün çox çətindi.

- Qeyd etdiz ki, “Səbail”lə “Sabah” arasında fərq böyükdü. Maddi fərqdən danışırsız?

- Hər tərəfdən. Həm maddi, həm rəqabət, həm infrastruktur baxımından. Bir çox məsələlərdə problemlərimiz var.

- Rəqibdə məşqçi dəyişikliyi olub. Bu gün sizi hansısa formada təəccübləndirə bildilərmi?

- İqor Ponomaryovun işinə qiymət vermək üçün tezdi. Elşad Əhmədovun vaxtında da maraqlı oynayırdılar, sadəcə, nəticə yox idi. Həmin futbolçular idi, oyunlarında ciddi dəyişiklik hiss etmədik. Gözlədiyimiz oyu oldu. İlk hissədə qolları vursaydıq, fərqli nəticə olardı.

- “Səbail”də eniş yaşandığını demək oalr?

- Yüksəliş də var idi demək olmaz. Eniş yaşanır demək də çətindi. Hazırda üst sıralardayıq. Çempionatın əvvəlidi. Toparlanmağa vaxtımız olacaq.

- Essyeni meydana buraxmağınız nəyə hesablanmışdı?

- Daha çox standar vəziyyətlərdə və orta xətdə üstünlük qazanmaq istədik. Ancaq bu da alınmadı. Rəqib daha istəkli idi və qalib gəldi.

- Belə bir fikir var ki, “Səbail”in hər uğursuzluğu Aftandil Hacıyevin göndərilməsinə səbəb ola bilər. Bu, nədən qaynaqlanır?

- Mənim üçün də maraqlıdı. Rəhbərliklə münasibətlər qaydasındadı. Bu barədə söhbətimiz olmayıb. İstənilmədiyim yerdə qalmağı düşünmürəm. Getmək lazım olsa, qəti qərar verməyə hazıram. İndi isə bu, müzakirə mövzusu deyil.

- Qeyri-stabillikdə rəhbərliyin rolunun olduğunu düşünmürsüz?

- Oyunumuz pis deyil. Amma rotasiyalar etmək istərdim. Rəhbərliyin istəyi daha çox yerli futbolçuların oynamasıdı. Çətinliklər mövcuddu. Hər yerin özünə görə problemləri olur. İndi də “Səbail”də bu çətinliklərdən çıxış yolu tapmağa çalışmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu