"Premyer Liqamızda autsayder anlayışı yoxdur"

28 Sentyabr 2019 23:40 Səbail 541
"Premyer Liqamızda autsayder anlayışı yoxdur"

"Məncə, "Qəbələ" ilə görüşdə qeydə alınan 1:1 hesabı oyuna görə oldu. "Sabah"la səfər oyunumuz da çətin keçəcək".

Bu sözləri Sportinfo.az saytına açıqlamasında "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib. Nikola Yurçeviçin də etimadını qazanan sol cinah müdafiəçisi Premyer Liqada növbəti oyun haqda fikirlərini bölüşüb:

"Demək olar ki, Premyer Liqamızda bir neçə ildir autsayder anlayışı yoxdur. "Sabah"ın bu mövsüm qələbə qazana bilməməsi və turnir cədvəlindəki mövqeyi heç kəsi aldatmasın. Ümumiyyətlə, çempionatımızda asan oyun yoxdur. Rəqibin heyətinə baxanda da bilinir ki, kifayət qədər ciddi komandadır. Üstəlik, meydana yeni baş məşqçi ilə çıxacaqlar. Adətən belə hallarda futbolçular özlərini göstərmək üçün ikiqat həvəslə oynayırlar".

Rəhimov çempionluq yarışı haqda isə bunları deyib: "Qarabağ" Premyer Liqanın bütün komandalarından aşkar üstündür. Potensialına görə yalnız "Neftçi" onlara rəqib ola bilər. Fikrimcə, favorit "Qarabağ"dır".

"Sabah" - "Səbail" oyunu sentyabrın 28-də Masazrıdakı "Bank Respublika" arenada keçiriləcək və 17:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti