Essyen Bayılda balıq aldı, mürəbbənin dadına baxdı - VİDEO

26 Sentyabr 2019 13:49 Səbail 864
Essyen Bayılda balıq aldı, mürəbbənin dadına baxdı - VİDEO

“Səbail”in yarımmüdafiəçisi Maykl Essyen Ukraynanın "Bombardir" youtube kanalına müsahibə verib. Sportinfo.az xəbər verir ki, ukraynalı jurnalist Roman Bebex bu məqsədlə Bakıya səfər edib.

Müsahibədə "Səbail" klubunun rəsmisi Essyenin komandaya transferinin təsadüf nəticəsində alındığını deyib.

Videoda Bayıl qəsəbəsindən və Bakının mərkəzindən maraqlı kadrlar yer alıb. Həmçinin Essyenlə həmkarımız bazardan balıq və narşərab da alıblar. Məşhur futbolçu mürəbbə və turşuların da dadına baxıb.

Essyen “Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda danışıb:

“Qana millisinin düşərgəsindən qayıtmışdım. “Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan. (gülür)

Digər Xəbərlər
Xəbər Lenti