"Səbail"i hədələdi, pulunu aldı, döndü, qucaqlaşdı - FOTOLAR

26 Sentyabr 2019 09:14 Səbail 658
"Səbail"i hədələdi, pulunu aldı, döndü, qucaqlaşdı - FOTOLAR

Uzun müddət zədədən əziyyət çəkən Aleksandr Rıbka "Səbail"in düşərgəsinə qayıdıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı qapıçı ölkəsində zədəsinin müalicəsindən sonra Bakıya dönüb.

32 yaşlı qolkiper “Səbail”in düşərgəsinə baş çəkib. Rıbkanın yaxın zamanda komanda ilə birgə bərpa məşqlərə başlayacağı bildirilir. Bu, onun bir daha tibbi müayinədən keçməsindən sonra dəqiqləşəcək.

Rıbkanın dönüşü söz-söhbətsiz baş tutmayıb. Ukraynalı aylardı ödənilməyən maaşını tələb edib, əks halda, klubdan UEFA-ya şikayətlənəcəyi ilə bağlı rəhbərliyi hədələyib. Beləcə, istəyinə çatıb. Nə vaxtdır həsrətində olduğu pulu bir neçə saatın içində bank hesabına köçürülüb.

Image may contain: 1 person, standing and outdoorImage may contain: 1 person, smiling, standing, playing a sport and outdoor

Image may contain: 1 person, outdoorImage may contain: 2 people, people standing and outdoor

Digər Xəbərlər
Xəbər Lenti