"Səbail" Almeydanın dostunu baxışa çağırdı

23 Sentyabr 2019 15:00 Səbail 595
"Səbail" Almeydanın dostunu baxışa çağırdı

"Səbail" baxışa yeni legioner çağırıb.

Sportinfo.az-ın məlumatına görə, "dənizçilər"in baxışdan keçirdiyi futbolçu Fernandodu.

Braziliyalı dayaq yarımmüdafiəçisinin 32 yaşı var. O, Bakıya təsadüfən gəlməyib. Fernando "Qarabağ"ın formasını geyinən həmyerlisi Riçard Almeydanın vasitəsilə "Səbail"ə müraciət edib

Cənubi amerikalı 2 aya yaxındır Bakıdadır və Aftandil Hacıyev tərəfindən bəyənilməsə, başqa komandamıza baxışa yollanacaq. Futbolçunun məqsədi istənilən halda Azərbaycanda qalıb yaşamaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!