"Səbail": Komandaya pul yox, reklam üçün pul çox

22 Sentyabr 2019 20:12 Səbail 793
"Səbail": Komandaya pul yox, reklam üçün pul çox

"Səbail"in maliyyə problemləri yaşadığı məlumdur. Bu, komandanın Avropa Liqasında çıxışını başa vurmasından sonra üzə çıxıb. Büdcə azalıb, aylıq ödəmələrdə gecikmələr yaranıb, nəticədə bir neçə legioner klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub.

Maddi çətinliklərin mövcudluğu indi klub rəsmilərinin özləri tərəfindən etiraf olunur. Hətta baş məşqçi Aftandil Hacıyev dünən "Qəbələ" ilə keçirdikləri oyundan sonra bir daha bu mövzuya qayıitmaq məcburiyyətində qaldı, üzləşdikləri problemlərin ciddiliyinə diqqət ayırdı. Hər halda komandaya mükafat ödənilməsi da dayandırılıb.
Maraqlıdır ki, belə bir vəziyyətdə klub rəhbərliyi mənasız işlərə xərcləməyə pul tapır.

Sportinfo.az-ın məlumatına görə, "ASCO Arena"da meydançanın kənarında yerləşdirilmiş nəhəng reklam bilbordu son 1 ayda artıq 3 dəfə sökülüb və yenilənib. Bu isə kifayət qədər məsrəf deməkdir. Məsələn, bilbordun bir dəfə dəyişilməsi 15-20 min manata başa gəlir. Müqayisə üçün deyək ki, "Sumqayıt" adını stadionuna verdiyi "Kapital Bank"ın bannerini hər il yeniləməyə əlavə vəsait tapa bilmir. Görünür, "Səbail"in icracı direktoru Ramin Həsənovun boş-boş işlərə pul xərcləməkdən xoşu gəlir. Ya da ki… Özünə belə sərf edir.

Digər Xəbərlər
Xəbər Lenti