Elvin Yunuszadə: "Söz-söhbətlər bizə güc verdi"

21 Sentyabr 2019 14:11 Səbail 864
Elvin Yunuszadə: "Söz-söhbətlər bizə güc verdi"

"Qəbələ"nin "Sabah"a qarşı oyununu izləmişəm. Çox gözəl təsir bağışladılar. Rəqibimizin yaxşı komanda olduğunu bilirik. Ona görə də "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Elvin Yunuszadə deyib.

O, komandasının turnir cədvəlindəki mövqeyi haqda danışıb. Yunuszadə "Səbail"in üst pillələrdəki yerini qoruyub-saxlamaq haqda düşündüklərini bildirib: "Qəbələ" ilə oyunda qalib gəlmək istəyirik. Məncə, oyunumuzla yuxarı pillələrdə qərarlaşmağa layiq olduğumuzu göstəririrk. Çalışacağıq ki, sükanı bu cür də saxlayaq".

Mövsüm başlayandan "Səbail"də maddi problemlərlə bağlı söhbətlər səngimək bilmir. 27 yaşlı futbolçu bu mövzuya da münasibət bildirdi: "Bu məsələ haqda çox da danışmaq istəmirəm. Ancaq hər şey yaxşıya doğru gedir. Sanki həmin söz-söhbətlərin çıxması bizə güc verdi. Çempionat hələ yeni başlayıb. İndidən hansı nəticəni göstərə biləcəyimizi demək tezdir. Amma biz avrokuboklara vəsiqə qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti