"Neftçi"nin sabiq futbolçusu "Səbail"də

21 Sentyabr 2019 12:46 Səbail 1 849
"Neftçi"nin sabiq futbolçusu "Səbail"də

Milli komandamızın sabiq üzvü Murad Ağayev yenidən Azərbaycana qayıdıb.

Sportinfo.az-a daxil olan məlumata görə, 26 yaşlı futbolçu “Səbail”lə anlaşıb. Ötən mövsümü zədə səbəbindən boşa verən yarımmüdafiəçi sabiq klubunda çıxış edəcək.

“Sumqayıt”, AZAL və “Neftçi”də də oynamış Ağayev qışa qədər "Səbail"in əvəzedici heyətində forma geyinəcək. O, özünü yaxşı göstərəcəyi halda əsas komandaya cəlb ediləcək. Ağayev əsas milli komandamızda da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti