"Başa düşmürəm, bu məlumatlar sizdə haradandır?" - Aleksandr Rıbka

18 Sentyabr 2019 16:51 Səbail 425
"Başa düşmürəm, bu məlumatlar sizdə haradandır?" - Aleksandr Rıbka

"Səbail"in qapıçısı Aleksandr Rıbka klub rəhbərliyi ilə arasında yaranmış maaş qalmaqalına münasibət bildirib.

Ukraynalı qolkiper Sportinfo.az-a açıqlamasında artıq problemin həll olunduğunu və bir həftədən sonra Bakıya qayıdacağını söyləyib:

"Başa düşmürəm, bu məlumatlar sizdə haradandır? Dediyiniz söhbət yalnız klubla mənim aramda olub.

Artıq hər şey normaldır. Məsələ öz həllini tapıb. Sentyabrın 25-də Bakıya uçacam və yavaş-yavaş komanda ilə məşqlərə başlayacam".

Hazırda Ukraynada müalicəsini davam etdirən Rıbka aylardır əməkhaqqının ödənilməməsinə sərt reaksiya verib. 32 yaşlı qolkiper klub rəsmilərinə mesaj yazaraq, "pulu tezliklə hesabıma köçürməsəz, Bakıya ayaq basmayacam və UEFA-ya şikayət edəcəm" deyə, xəbərdarlıq edib.

Digər Xəbərlər
Xəbər Lenti