"Pulumu verməsəz, Bakıya ayaq basmayacam" dedi və...

18 Sentyabr 2019 14:25 Səbail 442
"Pulumu verməsəz, Bakıya ayaq basmayacam" dedi və...

Aleksandr Rıbka ilə "Səbail" rəhbərliyi arasında münasibətlər gərginləşib.

Sportinfo.az-ın məlumatına görə, ötən mövsümün sonuna yaxın ağır zədə alan və bu səbəbdən Türkiyədə əməliyyat olunan qapıçı aylardır əməkhaqqının ödənilməməsinə sərt reaksiya verib.

Hazırda Ukraynada müalicəsini davam etdirən 32 yaşlı qolkiper klub rəsmilərinə mesaj yazaraq, "pulu tezliklə hesabıma köçürməsəz, Bakıya ayaq basmayacam və UEFA-ya şikayət edəcəm" deyə, xəbərdarlıq edib.

Avropa futbol qurumuna şikayət edilməsindən qorxuya düşən "Səbail" rəhbərliyi Rıbkanın tələblərini yerinə yetirərək yığılb qalmış borcu bir neçə saata ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı