“Qarabağ”dan qorxmuruq”

8 Fevral 19:40 Səbail 660
“Qarabağ”dan qorxmuruq”

Ölkə futbolsevərləri 5 gün aralığında iki dəfə “Səbail” – “Qarabağ” qarşılaşmalarına şahidlik edəcək.

Birinci görüş ölkə kuboku, digəri Premyer Liqa çərçivəsindədir.

“Səbail”in ispaniyalı yarımmüdafiəçisi Qorka Laruçça Sportinfo.az-a açıqlamasında təqvimin bu cür olmasının onlara çətinlik yaradacağını gizlətməyib:

“Qarabağ” kimi rəqibə qarşı qısa müddətdə iki dəfə oynamaq həqiqətən çətindir.

Birini oynayırsan, güc itirirsən, ikinciyə qədər bərpa olunmaq və istirahət etmək üçün vaxt olmur. Və yenidən meydana çıxıb mübarizə aparmalısan.

Sözsüz, şərtlər hər iki komanda üçün eynidir. Ancaq “Qarabağ”ın heyəti genişdir. Az qala iki bərabərsəviyyəli “11-liy”ə sahibdir. Futbolçu sayı çox olanda rotasiya imkanı genişlənir.

İstənilən halda qorxmuruq. Bütün hallarda meydana çıxıb, adımızı uca tutmaq üçün mübarizə aparacağıq. Hazırıq”.

Fevralın 11-də Premyer Liqanın 22-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Səbail” görüşü saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...