COP29

Premyer Liqa klubunda 200 min manatlıq QƏRİBƏ ADDIM

12 May 12:20 Səbail 2 047
Premyer Liqa klubunda 200 min manatlıq QƏRİBƏ ADDIM

Mövsümə yaxşı start verən "Səbail" uğurlu çıxışın davamını qışdan sonra gətirə bilmədi.

Sona yaxın vacib oyunlarda alınan məğlubiyyətlər Bayıl təmsilçisini hədəflərindən uzaq saldı.

32-ci turda "Sabah"dan alınan məğlubiyyət böyük ölçüdə avrokuboklara getmək ümidlərinin üzərindən xətt çəkmiş oldu.

Ötən tur çempionatın aşkar autsayderi "Qəbələ" ilə matçdakı məğlubiyyət isə sadəcə Avropa arenasına getmək arzularının bitməsini rəsmiləşdirdi.

"Dənizçilər"in indi yeganə məqsədi mövsümü "6-lıq"da bitirməkdir.

Əslində avrokuboklara getmədikdən sonra 6 və ya 7-ci pillədə olmağın elə də ciddi önəmi yoxdur.

Amma klub rəhbərliyi fərqli düşünür.

Nə qədər qəribə səslənsə də bunun üçün hətta yüksək mükafat da vəd olunub.

Söhbət 200 min manat premiyadan gedir.

Futbolçular göstərilən məbləği əldə etmək üçün son 3 turda 6-cı pilləni özü üçün təmin etməlidir.

Hazırda 42 xalla 7-cı sırada olan Bakı klubunu 6-cı pillədə qərarlaşan "Turan Tovuz"dan 3 xal ayırır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"