Türkiyənin birinci liqa təmsilçisi "Qarabağ"ın yetirməsinə "elçi düşdü"

4 İyun 2023 12:20 Səbail 3 502
Türkiyənin birinci liqa təmsilçisi "Qarabağ"ın yetirməsinə "elçi düşdü"

"Səbail"dən ayrılan Ruslan Hacıyev legioner həyatı yaşaya bilər.

Türkiyənin I Liqa təmsilçisi "Boluspor" futbolçumuzun xidmətində maraqlıdır.

Hacıyev də karyerasını qardaş ölkədə davam etdirməkdə maraqlıdır.

Amma qərar verməyə tələsmir. Çünki 25 yaşlı yarımmüdafiəçiyə yerli klublardan təklif göndərənlər var. O, qərarını yaxın günlərdə verəcək.

"Qarabağ"ın yetirməsi son mövsümü icarə əsasında "Səbail"də keçirib.

Ruslan şans qazandığı 22 oyunda 2 qol, 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk