Diniyevin "Səbail"də sevmədiyi qəhrəman kimdir?

29 May 2023 17:00 Səbail 854
Diniyevin "Səbail"də sevmədiyi qəhrəman kimdir?

“Səbail” böyük çətinlik bahasına Premyer Liqada yerini qorumağı bacardı.

Bunda ən böyük payı olan şəxslərdən biri isə Qoba Zakpa oldu.

Cəza səbəbindən son turda “Şamaxı” ilə matçı buraxan afrikalı əvvəlki oyunlarda da baş məşqçinin güvəndiyi adlardan deyildi.

Daha çox əvəzetmədən oyuna çıxırdı.

Amma bu da onun qəhrəmanlığına kölgə sala bilməz.

Hər halda şans qazandığı az zaman kəsiyi də onun özünü göstərməsi üçün yeterli oldu.

29-cu turda “Sabah”la qarşılaşmanın 90-cə dəqiqəsində oyuna daxil olan “11 nömrə”yə cəmi 1 dəqiqə bəs edir ki, qələbə qolunu vursun – 2:1.

35-ci turda “Turan”la görüşdə isə 80-cı dəqiqədə Ağabala Ramazanovun yerinə döyüşə atılan 30 yaşlı forvard final fitinə saniyələr qalmış çox önəmli qol vuraraq hesabda tarazlıq yaradır – 2:2.

Düşünün həmin qollar olmasaydı, Bayıl təmsilçisinin aqibəti necə olardı?

Məsələn, son turda qələbə meydan sahiblərinə vacib, qonaqlara isə bərabərlik də göydəndüşmə olacaqdı.

Bu psixoloji durumda meydana çıxmaqla əksi arasında müqayisənin detallarına varmaq yəqin ki, yersiz olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti