Bu cür sponsoru küsdürmək olarmı? – Bir klubun FACİƏSİ

8 Fevral 2023 17:40 Səbail 1 523
Bu cür sponsoru küsdürmək olarmı? – Bir klubun FACİƏSİ

Premyer Liqada gərginlik yavaş-yavaş artmaqdadır. İştirakçılar iki qrupa bölünüb.

Medallar uğrunda yarışmanın favoritləri böyük ölçüdə məyyənləşibsə, çempionatda yerini qorumaq istəyənlərin mübarizəsi, türklər demiş, «kran-krana» keçir.

«Şamaxı», «Sumqayıt», «Kəpəz» və «Səbail» I Diviziona düşmək təhlükəsi ilə üzləşib. Geridə qalan 21 turda cəmi 13 xal toplayan «Səbail» hazırda turnir cədvəlinin axırıncı pilləsindədir.

Mövsümün ilk yarısın Mahmud Qurbanovla keçirən «dənizçilər» Şahin Diniyevin rəhbərliyi altında çıxdığı son 3 turda iki məğlubiyyət alıb və cəmi 3 xal toplayıb.

Çempionatı yaxından izləyirik və görürük ki, «Səbail» oyununa görə hamıdan geri qalır.

Ümumiyyətlə, Bayıl təmsilçisinin oynadığı futbola futbol demək olmaz, bu, nəsə başqa şeydir, hansısa əndrabadi idman növüdür

. Baxmayaraq ki, komandada yüksəködənişli futbolçular üstünlük təşkil edir. Yerlilər və legionerlər – belələri çoxdur.

Aylıq əməkhaqqısı 101-2 min dollar olan əcnəbi oyunçuların yer aldığı kollektivin durumu, doğrudan da, həm üzücü, həm də düşündürücüdür.

Baş məşqçi dəyişikliyi «Səbail»ə müsbət təsir göstərməyib. Qurbanovun vaxtında bundan qat-qat baxımlı futbol sərgiləyirdjilər, Diniyev gələndən bu da itib, onun varlığı qətiyyən hiss olunmur.

«Səbail» elə yerdir ki, burada ala qarğa bala çıxarmaz. Şahin Diniyevin o səviyyədə mütəxəssis olmadığı qənaətindəyəm, sadəcə, hər şeyi məşqçilərin üstünə atmağın da tərəfdarı deyiləm.

Bura qeyri-peşəkarlar tərəfindən idarə olunur və uğursuz nəticələrin illərdir təkrarlanmasını gbrüncə, «balıq başdan iylənir» fikrinin həqiqiliyinə şübhə eləmirsən.

Mən bunu deyərkən, Rauf Vəliyevi – klubun baş sponsorunu nəzərdə tutmuram. «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri «Səbail»dən ötrü əlindən gələnin beş qatını edir.

Bu mövsümdən büdcəni dəfələrlə artırıb, şəraiti yaxşılaşdırıb, yüksək mükafat təyin eləyib. Bir sözlə, kollektivin problemləri və qayğıları ilə mütəmadi maraqlanır.

Vəliyev iddialı bir kluba nə lazımdırsa, hamısını «Səbail» üçün yaradıb. Ona bunun əvəzi necə ödənilir? Bax, məsələ də bundadır.

Vəliyev bu qədər iş görüb və görürsə, təbii ki, «Səbail» də himayədarını sevindirməli, stadiondan kor-peşman geri qaytarmamalıdır.

O. sevinməyə layiq sponsor statusundadır. ASCO-nun İdarə Heyətinin sədri hər oyundan sonra məyus olması, dilxor halda VİP-lojadan enməsi klub idarəçilərinin insaf(sızlığ)ına yazılmalıdır.

Necə ola bilər ki, gələn bütün məşqçilər pis çıxsın, funksionerlər isə yaxşı? Bu məşqçiləri kim tapıb gətirib?

Gətirərkən, nəyi əsas götürürlər, hansı üstünlüklərini görüblər? Bunları kimsə bir gün açıqlayacaq, görəsən?

AFFA-dan, oradan-buradan tapşırıq alırlar. müxtəlif instansiyaların məsləhət verənlər olur, hə, bunu da bildik.

Bəs idarəçilərin öz ağlı? Onlar niyə Rauf Vəliyevi aldadırlar? Bu haqqı kim verib həmin şəxslərə?

Baş sponsor futbolun incəliklərini, məşqçiləri tanımya bilər, bu da normal haldır. Onun ASCO-da o qədər iş-gücü var, bəlkə heç nahar etməyə vaxt tapmır.

Fərəc Əliyev və idman direktorunun ətrafına topladığı kadrlar hara baxır? Yalnız cibəmi7

Yoxsa Rauf Vəliyevin mətbuatda kəskin tənqidlərə məruz qalması, futbolçuların basqı altına düşməsi onun ürəyincədir? AFFA-dakı dostlarından aldığı tapşırıq bundan ibarətdir, olmaya?

Görünür, Fərəc Əliyev federasiyadakı havadarlarına, klubdan xəbər ötürdüyü tanışlarına o qədər arxayındır ki, günlərin birində vəzifədən uzaqlaşdırılacağına, Rauf Vəliyevin buna gücünün çatacağına inanmır.

Adamın qabağına qaçmaqla deyil ey, gərək, ortaya da iş qoyasan. VİP-lojada masanın üzərinə cürbəcür şirniyyatlarla, çay və kofeylə bəzəmək nəvaxtdan idarəçilik keyfiyyəti sayılıb?

İş kadr seçimlərində, onun da effekti meydanda görünməlidir.

«Səbail»in büdcəsi ilə bağlı bağlı mətbuatda müxəlif rəqəmlər əksini tapıb. «Dənizçilər»in 5 milyon manatla mövsümə start verməsi də bu xəbərlərdə qeyd olunur, ümumi vəsaitin 8 milyona qaldırılması da.

Lap 5 milyondur tutalım. Azdır ki?

Bu büdcəylə belə, «Səbail» çempionatda 5-6 iştirakçıdan üstün durumdadır. Maddi imkanı onlardan qat-qat zəif «Qəbələ» avrokuboklara real iddiaçılardan biridirsə, Fərəc Əliyev və çevrəsindəkilərin xəcalət hissi keçirməkləri azdır, bu gün istefa ərizəsi yazıb getmələri lazımdır.

Hələ Rauf Vəliyevdən min dəfə üzrxahlıq edərək, «biz bacarıqsızıq» deyərək. Sabah gec olacaq.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti