Kasad heyət və ciddi itkilər fonunda paytaxt klubundakı SON MƏNZƏRƏ

27 Yanvar 2022 22:20 Səbail 1 167
Kasad heyət və ciddi itkilər fonunda paytaxt klubundakı SON MƏNZƏRƏ

"Səbail" mövsümün qışdan sonrakı bölümü üçün hazırlıqlarını davam etdirir.

Maliyyə səbəbindən ölkə xaricinə gedə bilməyən Bayıl təmsilçisi təlim-məşq toplanışını Bakıda keçməli oldu.

Hazırlıq bir kənara qalsın, heyəti onsuz da kasad olan komanda bir də əsas simalarından olan Kamran Ağayev və Turan Manafovu itirdi.

Ağayev karyerasını bitirdisə, Manafov ən azı yaya kimi Yunanıstanda legioner həyatı yaşayacaq.

Kasad heyət və böyük itkilərin fonunda paytaxt təmsilçisi bir transfer belə rəsmiləşdirə bilməyib. Baş məşqçi Aftandil Hacıyev isə ümidini əsasən əvəzedici komandadan gələn gənclərə bağlayıb.

Bəs əvəzedici komandada Premyer Liqada oynamaq gücündə olan uşaqlar varmı?

"Səbail-2"nin baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:

"Səbail" keçirdiyi yoxlama oyunlarında əvəzedici komandadan da futbolçular vardı. Özlərini normal göstərdilər. Aftandil müəllimlə də həmin futbolçuları tez-tez müzakirə edirik. Tədricən əsas komandaya gənclərin adaptasıya olmasına çalışırıq.

Aftandil müəllim sağ olsun, gənclərə etimad göstərir. Bacardıqca onlara şans verməyə çalışır. İnanıram ki, uşaqlar zamanla əsas komandada yer alacaqlar. Bugünkü gündə Premyer Liqada oynamağa potensialı olan oyunçular var. Amma necə olacağını zaman göstərəcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti