"Neftçi"yə qarşı iyrənc… Əlacsız buraxılan baş məşqçi

28 Noyabr 2021 09:40 Səbail 1 206
"Neftçi"yə qarşı iyrənc… Əlacsız buraxılan baş məşqçi

Aftandil Hacıyevin əlindəki heyət o qədər qısırlıdır ki…

Onun düşdüyü vəziyyəti heç düşmənimə də arzulamıram.

Allah «Səbail»in böyüklərinə, ağsaqqal və ağbirçəklərinə insaf versin, bu gənc məşqçini soxublar qoz qabağına, heç çıxarmırlar da.

Bu klubun başında dayananların pulu var, nə qədər desən! Balta kəsməz. Pulu başqa işlərə xərcləyirlər, əvəzində Hacıyevin başının üzərini balta kimi kəsiblər, kəsdiriblər.

O da ki, pozitivlikdən çox-çoxu uzaq, çarəsizcəsinə, «nə olar, olar» psixologiyası ilə pay-piyada yol gedir. Hara qədər, nəvaxtadək - deyəsən, heç özü də bilmir. Gedir də özüyçün…

«Səbail» cari mövsümün heç-heçədən uzaq yeganə iştirakçısıdır. Sonuncu qələbəni 4 tur əvvəl «Qarabağ» üzərində qazanan komanda 9-cu məğlubiyyəti «Neftçi»dən aldı.

Dünən oynadıqları futbol da heç zad, sadəcə, iyrənc! Böyükhesablı yenilgiyə uğramamaq üçün dua edib meydana çıxan kollektivi «Neftçi»nin ruhsuz və çəlimsiz futbolu da ayıltmadı, ürəkləndirmədi, cəsarətləndirmədi.

3 qələbə, 9 məğlubiyyət - cari mövsüm ikinci dəfədir ki, ard-arda 4 turdur meydanı xalsız tərk edirlər.

Bu, «Səbail»in idarəolunmazlığı deməkdir. Həm də nələrsə deməkdir.

Təəssüf, hər şeyi burada demək, yazmaq, o «nələrsə»ni xırdalamaq olmur.

Yaşlısı və cavanı 90 dəqiqə ərzində qapını tutan bir zərbə vurmursa, bu, onların yalnız futboldan doymuşluğunun, tükənmişliyinin ayağına yazılmamalıdır.

Nə isə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!