“Azərbaycanda kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm"

15 Sentyabr 2021 13:20 Səbail 923
“Azərbaycanda kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm"

“Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım.

Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri hazırda Cənubi Afrika Respublikasının "Amazulu" klubunda çıxış edən "Sabah" və "Səbail"in sabiq futbolçusu Hendrik Ekşteyn "Soccerladuma" nəşrinə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi "Səbail"də ulduz futbolçu Maykl Essyenlə birlikdə oynadığını xatırladıb:

"Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərdilər".

Hendrik Ekşteyn 2019-cu ildə "Sabah"ın, 2020/2021 mövsümündə isə "Səbail"in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...