Yeni transfer haqda: “Danışdıq və gördük ki…“

7 Sentyabr 2021 13:00 Səbail 789
Yeni transfer haqda: “Danışdıq və gördük ki…“

“Bu razılaşmanı qısa bir vaxtda əldə etdik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bilindiyi kimi, Bayıl klubu dünən heyətinə yeni legioner qatıb. Nikolas Raysellə müqavilə imzalanıb.

Bunadək “Qəbələ”də çıxış edən 28 yaşlı hücumçu ilə anlaşma bir mövsümü əhatə edir. PSJ-nin yetirməsi olan fransalı 2021/22 mövsümünün sonunadək paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Son ilyarım ərzində “Qəbələ”də oynayan PSJ-nin yetirməsi Premyer Liqada 30 matçda 7 qol vurub. Hacıyev bildirib ki, ondan gözləntiləri çoxdur:

“Raysel universal futbolçudur. Hucümun mərkəzi ilə yanaşı, kənarlarda da oynaya bilir. Digər üstünlüyü Azərbaycan çempionatını yaxından tanımasıdır.

Hər halda “Qəbələ“də çıxış edib və ümumi səviyyəni bilir. Raysel Azərbaycandan gedəndən sonra başqa klubla müqavilə bağlamamııışdı, ona görə də azad agent statusu daşıyırdı.

Danışdıq və gördük ki, yenidən ölkəmizdə çıxış etmək istəyir. Azərbaycana gəlməkdə heç bir problem olmadığını dedi, tez də gəldi.

Başqa namizədlərimiz də var idi, sadəcə, hər cəhətdən bizə uyğun olduğu üçün Rayseli seçdik“.

news_image
Digər Xəbərlər
Xəbər Lenti