"Bəzi futbolçuların klubdan gedəcəyini düşünmürdüm"

6 İyul 2021 11:20 Səbail 996
"Bəzi futbolçuların klubdan gedəcəyini düşünmürdüm"

"Hələ yeni transfer gözlənilmir. Danışıq apardığımız yerli futbolçu yoxdur. Əslində maraqlandıqlarımız var, amma klubları ilə müqavilələri var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Gənc mütəxəssis əcnəbi qapıçı Nikolas Hagenlə bağlı son duruma da aydınlıq gətirib: "Hagenə öz təklifimizi etmişik və cavab gözləyirik. Hələ bir cavab yoxdur. Hazırda Bakıda deyil. O da qərar vermək barədə hələ düşünür".

Hacıyev hazırkı durumdan öz narahatlığını dilə gətirib: "Əlbəttə, hazırkı duruma görə narahatçılıq var. Ötən mövsümdəki əsas heyətin 80%-i klubu tərk edib. Təzədən yeni komanda qurmaq asan iş deyil.

Bəzi futbolçuların gedəcəyini düşünmürdüm. Amma bu futboldu. Futbolçuları da qınamaq olmur. Hər biri daha yaxşı şərtlərlə oynamaq istəyir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”