Premyer Liqa klubundan ilk transfer - Millinin sabiq futbolçusu

2 İyul 2021 13:40 Səbail 1 193
Premyer Liqa klubundan ilk transfer - Millinin sabiq futbolçusu

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün transfer çalışmalarına start verən “Səbail” ilk futbolçu keçidini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, qəsəbə klubu Azərbaycan millisinin sabiq futbolçusu Məhəmməd Mirzəbəyovu heyətinə qatıb.

Ötən mövsüm “Sabah”da 9 oyun keçirən müdafiəçi yeni klubuna azad agent kimi qoşulub.

Onunla “Səbail” arasında müqavilə imzalanıb. Bu, paytaxt klubunun yay transfer pəncərəsində ilk olub.

Məhəmməd Premyer Liqada 193 matç keçirib, 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti