İtib-batmışdı, indi "Səbail"də oyun həll edir - FOTO

6 May 2021 11:20 Səbail 1 046
İtib-batmışdı, indi "Səbail"də oyun həll edir - FOTO

“Səbail”in hücumçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XXV turuna təsadüf edib.

Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.

Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.

Debütü 2010/11 mövsümünə təsadüf edən Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub.

O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Amil “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.

Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!