Bakıya gələn məşhurla bağlı proqnoz verdi: “Yaxşı tanıyıram, xasiyyətinə bələdəm”

2 Dekabr 2024 20:40 Sabah 1 147
Bakıya gələn məşhurla bağlı proqnoz verdi: “Yaxşı tanıyıram, xasiyyətinə bələdəm”

“Berezutskinin “Sabah”da uğurlu olacağına inanıram.

Çünki onu yaxşı tanıyıram, xasiyyətinə bələdəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiyada çalışan azərbaycanlı jurnalist Anar İbrahimov deyib.

Həmkarımız əslən Azərbaycandan olsa da, uzun illərdir orada yaşayır. Yerli futbolçuların və məşqçilərin nəyə qadir olduğuna bələddir.

İbrahimovun fikrincə, 42 yaşlı çalışdırıcının futbolçu karyerasında topladığı təcrübə ona baş məşqçi kimi çalışmaqda kömək edəcək:

“Hər zaman öz mövqeyi olub. Ünsiyyətə meyillidir, mənalı danışmağı xoşlayır. Bir çox hallarda sözü birbaşa deyir. Bəlkə də, bu, kimlərinsə xoşuna gəlmir.

Məşqçilik karyerasında ÇSKA, “Krasnodar”, “Vitess” kimi klublarda çalışmaqla təcrübə toplayıb. Sonuncu dəfə Slutski ilə Çinə getmişdi, birlikdə işləyirdilər.

Əsas odur ki, Azərbaycanda yaşamaq və işləməklə bağlı çətinlik çəkməyəcək. Çünki Qafqaz mentalitetinə yaxından bələddir,

Alan Dzaqoyevlə oynayıb, Valeri Qazzayevin rəhbərliyi altında çıxış edib., onlarda nələrisə görüb. Berezutski bir çox millətlərdən olan futbolçularla oynamaqla kimin nəyə qadir olduğunu öyrənib.

Eyni zamanda hamı ilə dil tapmağa qadirdir. Bir sözlə, bundan sonra diqqətimiz “Sabah”da olacaq”.

42 yaşlı çalışdırıcı debüt oyununda komandasının “Səbail” üzərində 1:0 hesablı qələbəsinə sevinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”