"Partizan" və "Srvena Zvezda"da forma geyinən: "Sabah"da gördüm ki...”

03:10 Sabah 59
"Partizan" və "Srvena Zvezda"da forma geyinən: "Sabah"da gördüm ki...”

Sportinfo.az xəbər verir ki, 2Sabah"ın sabiq legioneri, “Partizan”, “Srvena Zvezda”, “Boavişta” kimi klublarında oynamış Miloş Bosançiç sportal.az-a müsahibə verib.

- Deyəsən, hazırda futbolçu karyeranızı davam etdirirsiniz, yoxsa başa vurmusunuz? İnternet portallarda karyeranızı davam etdirdiyiniz qeyd edilib...

- Peşəkar karyeramı 2021-ci ildə başa vurmuşam. Ciddi səhhət problemlərim var idi. Ona görə də peşəkar karyeramı yekunlaşdırdım.

- Vaxtı ilə “Sabah”ın formasını geyinmisiniz. Bu klubdakı çıxışınızı necə xatırlayırsınız? Sizin üçün uğurlu alındı?

- Azərbaycandakı ilk klubum “Keşlə” olmuşdu. Müqavilə bağladıqdan sonra bir neçə ay orada qaldım. O vaxt klub yeni idi, təşkilatçılığın daha yaxşı olmasını gözləmək mümkün idi. Yadımdadır, komandamız da pis deyildi, amma məşqçimiz o qədər yaxşı deyildi. "Sabah"ın Çempionlar Liqasında oynadığını görəndə təəccübləndim. Onlara böyük təbrik düşür. Uğurlar arzulayıram.

- “Sabah” 9 ildir fəaliyyət göstərir, amma bu cür uğura imza atmağı bacardı. Bu klubda oynayarkən "Sabah"ın qısa müddətdə belə uğur qazana biləcəyini heç təsəvvür edərdiniz?

- “Sabah”da oynadığım vaxtlarda görüdüm ki, klub rəhbərliyinin gələcək üçün böyük planları var. Təbii ki, o vaxtdan bunu sezmək mümkün idi. Lakin düzünü deyim, bu cür uğur qazanacaqlarına inanmazdım. Onlara afərin.

- Azərbaycana gəlməzdən əvvəl "Partizan", "Boavişta", "Srvena Zvezda" kimi klublarda oynamısınız. Sizin üçün Azərbaycandakı karyeranız hansı mərhələdədir?

- Bəli, karyeram ərzində bir çox klubda oynamışam. Amma sizə açıq deyim ki, Azərbaycandakı təcrübəm mənim üçün yaxşı deyildi. Çünki yaxşı xatirələrim yoxdur.

- Yeri gəlmişkən, “Sabah”ın heyətində ən çox hansı oyunçunu bəyənirsiniz? Velko Simiç həmyerlimizdir və sizin kimi "Sabah", "Srvena Zvezda" və Serbiya millisində oynayıb. Onun haqqında nə düşünürsünüz?

- Elədir, Velko Simiç yaxşı oyunçudur. O, özünü "Sabah"da tapıb. Özü də hiss olunur ki, klubdan zövq alır, ona daha çox uğurlar arzulayıram.

- "Sabah"ın ÇL-dəki oyunlarını canlı izləməyi planlaşdırırsınız?

- Əlbəttə ki, çalışacam bütün matçlara baxım. Ümidvaram ki, “Sabah” uğurlu nəticə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM