“Sabah”a qol vuran "Mançester Yunayted"in hücumçusunun “ağzında şirə qaldı”

02:20 Sabah 57
“Sabah”a qol vuran "Mançester Yunayted"in hücumçusunun “ağzında şirə qaldı”

"Mançester Yunayted"in hücumçusu Benyamin Şeşko UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turunun "Sabah"la matçından sonra "TNT Sports" açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar"ın 3-cü qolunu vuran sloveniyalı forvard bu qələbənin komandaya gələcək oyunlar üçün motivasiya verəcəyini bildirib:

​"Hamı, xüsusilə də azarkeşlərimiz üçün hər şey mükəmməl idi. Bu, onlar üçün çox şey deməkdir, xüsusilə də bu qədər çox qol izləmək.

Düşünürəm ki, bu qələbə qarşıdakı oyunlar üçün bizə əlavə motivasiya qazandıracaq. Qapıçının irəli atıldığını gördüm və qolu daha da asanlaşdırmaq üçün onu keçdim.

Əlbəttə ki, xoşbəxtəm. Qol vurmaq çox vacibdir, xüsusilə də hər kəsin qol vura bilməsi çox önəmlidir.

Ümid edirəm ki, belə oyunlarımız çox olar. İndi yaxşı bərpa olunmaq və təbii ki, Mançester derbisinəköklənmək çox vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM