"Sabah" Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlubiyyətə uğrayıb.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurub.
BBC "Mançester Yunayted" azarkeşləri arasında sorğu keçirib. Onlardan "Sabah" barədə nə bilib-bilmədikləri soruşub.
Sorğuya qatılanların bir qismi yalnız püşkatmadan sonra "bayquşlar" haqda məlumat topladıqlarını bildirib. Hətta fanatlardan biri 9 yaşlı klubla bağlı zarafatından qalmayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
