Tale Heydərova qarşı iddia qaldırdı və uduzdu - YERƏ FGÖRƏ

20 Sentyabr 2020 13:00 Qəbələ 1 711
Tale Heydərova qarşı iddia qaldırdı və uduzdu - YERƏ FGÖRƏ

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin fəxri prezidenti Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

İddiaya göə, o, Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt edib.

Bundan sonra qadın yerli məhkəməyə müraciət etsə də, məhkəmə prosesini uduzub. Qadın hüququndan istifadə edərək, 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Çinarə Əliyeva növbəti dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qadının kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti