"Qəbələ" büdcəni gözləyir

29 İyun 2020 23:00 Qəbələ 799
"Qəbələ" büdcəni gözləyir

«Qəbələ»nin yeni mövsümlə bağlı planlarına hələ aydınlıq gəlməyib.

Klubun baş meneceri Zaur Əzizovun Sportinfo.az-a bildirdiyinə görə, bu, bir müddət sonra məlum olacaq.

Belə ki, koronavirus pandemiyasının davam etməsi bütün sahələrdə olduğu kimi, əyalət təmsilçisində də durğunluq yaradıb.

Əzizovun bildirdiyinə görə, müqaviləsi bitən futbolçularla görüş keçiriləcək və bundan irəli gələn məsələlər müzakirə ediləcək. Hələlik yeni büdcə bilinmədiyindən, istər legionerlər, istərsə də yerlilər gözləmə mövqeyindədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!