"Qəbələ"nin legioneri: "Biz indi hamımız eyni qayıqdayıq"

6 Aprel 2020 13:54 Qəbələ 874
"Qəbələ"nin legioneri: "Biz indi hamımız eyni qayıqdayıq"

"Fasilə müddətində tez-tez ailəmə zəng vururam, yemək yeyirəm, yatıram və TV-də bəzi filmlərə baxıram.

Bəzən video oyunlar da oynayıram. Fiziki səviyyəmi qorumaq üçün hər gün fərdi məşqlər edirəm. Yenidən çempionat başlasa yaxşı vəziyyətdə ola bilim.

Gələcək üçün heç nə bilməmək, hər hansı bir məlumat olmadan hər gün oyanmaq çətindir. Hazırda ən çətin olan budur".

Bu sözləri Sportinfo.az-a "Qəbələ"nin hücumçusu Nikola Raysel deyib.

Yeni ildən sonra ölkə kubokunun son sahibi ilə 1,5 illik müqavilə imzalayan fransalı legioner ölkəsindəki vəziyyət haqda da danışıb:

"Fransada bütün insanlar üçün karantindir. Hər kəs üçün çətin bir vəziyyətdir. Biz indi hamımız eyni qayıqdayıq və bu virusu mümkün qədər tez söndürməyə çalışmaq üçün qaydalara hörmət etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti