"Azərbaycanda ondan sürətli futbolçu yoxdur" - FOTOLAR

8 Mart 2020 09:40 Qəbələ 1 165
"Azərbaycanda ondan sürətli futbolçu yoxdur" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XX tur başlayıb.

Turun ilk oyunu Qəbələdə baş tutub. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib.

“Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb. Komandamızın çalışdırıcısı Elmar Baxşıyev “Zirə” ilə səfər matçındakı (2:1) heyəti dəyişməyib.

İlk dəqiqələrindən hər iki komanda fəallıq nümayiş etdirərək topa daha çox nəzarət etməyə çalışıb. Amma qapılar önündə real qol vəziyyətləri yaranmayıb.

Rəqiblər daha çox top uğrunda mübarizə aparıb. Hissənin ortalarından başlayaraq “qırmızı-qaralar” üstünlüyü ələ almağa başlayıb. Daha çox hücum təşkil edən komandanın üstünlüyü tezliklə hesabda da əksini tapıb.

Klesio Baukun sağ cinahdan ötürməsini Nikolas Raysel tamamlayıb. Üç dəqiqə sonra isə Bauk növbəti məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Onun soldan ötürməsini Amin Seydiyev qapayıb. Buraxılan qollardan sonra “Sumqayıt” fəallıq nümayiş etdirsə də, “Qəbələ”nin sürətli əks-hücumları daha təhlükəli alınıb. Lakin fasiləyədək hesab dəyişməz qalıb.

İkinci hissədə “qırmızı-qaralar” rəqib qapısı önündə ardıcıl təhlükəli epizodlar yaradıb. Merab Qiqauri və Asif Məmmədovun zərbələrində dəqiqlik çatmayıb. Rövlan Muradov fasilədən az sonra fərqi 3 topa çatdırıb.

Bununla kifayətlənməyib hücumları davam etdirən “Qəbələ” daha bir qol vurub. Künc zərbəsindən sonra İvitsa Juniç yaxın məsafədən qapını dəqiq nişan alıb. Çox keçmədən “Sumqayıt”ın qapısı önündə daha bir real qol vəziyyəti yaranıb.

Yaxın məsafədən zərbəni boş qapıdan müdafiəçilər uzaqlaşdırıb. Oyunun sonluğu qarşılıqlı hücumlarla yadda qalıb. Komandalar təhlükəli hücumlar qursalar da, real qol vəziyyəti yarada bilməyib. Hesab isə yalnız son dəqiqələrdə dəyişib.

Əllə oyuna görə təyin olunan penaltini Nikolas Raysel dəqiq yerinə yetirib. Bununla da dublunu rəsmiləşdirən forvard matçda da son nöqtəni qoyub – 5:0. Beləliklə, “Qəbələ” cari mövsümdə ən böyükhesablı qələbəsini qazanıb.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev: “Hesab bizim üçün də gözlənilməz oldu. Bilirdik ki, bizi çətin oyun gözləyir. “Sumqayıt” heyətində yaxşı futbolçular olan bir komandadır, çox təhlükəli rəqibdir.

Komanda həftə ərzində hazırlaşdığımız və istədiyimiz oyunu meydanda göstərdi. Bu da bizi sevindirməyə bilməz. Üzərində işlədiklərimizi meydanda gördük.

Qış fasiləsindən sonra bizə bir az çətin olacağını bilirdik. Bəzi oyunçular komandanı tərk etmişdi, yeni gələnlərə adaptasiya üçün vaxt lazım idi. Komanda şəklində istədiyimizi ala bilmirdik. Böyükhesablı qələbə gözləmirdik. Müəyyən boşluqlar görmüşdük və onların üzərində işləyirdik

Klesio Bauk bir ilə yaxındır komandadadır. Onun oyunu həm bizi, həm azarkeşləri sevindirməyə bilməz. Bu onun tam potensialı deyil. O, hətta çempionatın tapıntısı ola bilər. Onda olan sürət başqa komandaların heç bir futbolçusunda yoxdur"..

“Qəbələ” – “Sumqayıt” 5:0

Qəbələ şəhər stadionu, 250 tamaşaçı

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov

Dördüncü hakim: Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: Merab Qiqauri, 33 (oyunun bərpasının ləngidilməsi); Nikolas Raysel, 59 (hakimin qərarına etiraz) // Vüqar Mustafayev, 23 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 87 (qeyri-idman hərəkəti)

Qollar: Nikolas Raysel, 34, 89 (p.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Juniç, 63

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

"Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

11. Asif Məmmədov

28. Murad Musayev

3. İviça Zuniç

(4. Sadiq Quliyev, 65)

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

(7. Roman Hüseynov, 73)

32. Nikolas Raysel

19. Rövlan Muradov

(22. Rodriqo Qattas, 71)

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

14. Ülvi İsgəndərov

9. Ehtiram Şahverdiyev

12. Abdelrafik Jerar

17. Yaovi Akakpo

55. İdris İnqilablı

Baş məşqçi: Azər Bağırov

“Sumqayıt”

1. Mehdi Cənnətov

2. Rail Məlikov (k)

(9. Amil Yunanov, 46)

46. Aleksey İsayev

4. Şəhriyar Əliyev

14. Elvin Bədəlov

22. Sərtan Taşqın

6. Vüqar Mustafayev

90. Rəhim Sadıxov

10. Əmir Ağayev

(20. Rüfət Abdullazadə, 76)

8. Peyman Babayi

44. Elvin Cəfərquliyev

(18. Süleyman Əhmədov, 60)

Ehtiyat oyunçular:

13. Aydın Bayramov

97. Xəyal Nəcəfov

50. İlqar Qurbanov

88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!