"Neftçi"yə uduzdular, üzr istədi, sonra da xahiş etdi ki…

2 Mart 2020 17:24 Qəbələ 987
"Neftçi"yə uduzdular, üzr istədi, sonra da xahiş etdi ki…

«Qəbələ»nin qış fasiləsində heyətinə qatdığı Abdelrafik Jeranın «Zirə» ilə matçda (1:2) meydana çıxmamasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi baş məşqçi Elmar Baxşıyevdən onu ehtiyatda saxlamasını xahiş edib.

O, hələ də forma yığmadığını, bu səbəbdən komandaya istədiyi kimi fayda vermədiyini etiraf eləyib. Qəbələdə «Neftçi»yə 1:2 hesablı məğlubiyyətdən sonra Abdelrafik futbolçu yoldaşlarının qarşısında məşqçilərdən üzr istəyib.

Deyib ki, 4 ay futbolsuz qalıb, artıq çəkidən əziyyət çəkir, üstəlik, kollektivə gec qoşulduğundan, potensialından zəif təsir bağışlayır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!