"Qəbələ" üçün ya davam, ya tamam?

29 Fevral 2020 09:28 Qəbələ 674
"Qəbələ" üçün ya davam, ya tamam?

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” turun ikinci oyun günündə meydana çıxacaq.

“Qırmızı-qaralar” Bakıda “Zirə” ilə qarşılaşacaq. Bu görüş iki komanda arasında ümumilikdə 21-ci matç olacaq. İndiyədək rəqiblər 20 dəfə üz-üzə gəlib.

Bu oyunların səkkizində qalib gələn “Qəbələ” eyni sayda heç-heçə edib və yalnız dörd dəfə uduzub. Bu üstünlük top fərqində də əks olunub. 29 qol vuran futbolçularımız 17 top buraxıb. Aleksey Qay komandamızın bu görüşlərdəki ən yaxşı bombardiridir – 4 qol.

Əvvəlki 20 matçdan ikisi kubok, digərləri çempionat çərçivəsində baş tutub. Premyer Liqadakı 18 oyunda altı dəfə 3 xala sevinən “qırmızı-qaralar” səkkiz dəfə 1 xalla kifayətlənib. Komandamız dörd dəfə meydanı məğlub tərk edib. Çempionatda 22 qol vuran “Qəbələ” 15 top buraxıb.

10 səfər görüşündə eyni sayda – 3 dəfə qələbə qazanan və məğlub olan “qırmızı-qaralar” dörd dəfə sülhlə dönüb. Top fərqi isə komandamızın xeyrinədir – 13:10.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. - Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

Digər Xəbərlər
Xəbər Lenti