
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi səfərd “Kottbus”la qarşılaşıb.
Oyun "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 63-cü dəqiqədə Rüfət vurub.
“Dinamo” hazırda 29 xalla 2-ci pillədə qərarlaşıb.