“Qəbələ”də 100-cü adam

28 Yanvar 2023 02:20 Qəbələ 357
“Qəbələ”də 100-cü adam

Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 19-cu turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.

Rövlan bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.

Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb