Millinin məşqçisi Premyer Liqa klubunda çıxış edən oğlu haqda: "2-3 ildən sonra…"

22 Yanvar 2023 19:40 Qəbələ 1 302
Millinin məşqçisi Premyer Liqa klubunda çıxış edən oğlu haqda: "2-3 ildən sonra…"

«Futbolda heç nəyi əvvəldən proqnozlaşdırmaq olmur.

Futbolçu keyfiyyətlərindən başqa şans və xarakter də vacib amildir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında əsas milinin məşqçisi Arif Əsədov deyib.

Onun ilk övladı Fuad Əsədovun futbolçu karyerası uğurlu alınmamışdı. Ortancıl oğlu Cavid Əsədov bu sahədə çalışsa da, futbol oynamayıb.

Yolunu davam etdirmək üçün ümid qalıb Gülağaya. «Bakı»nın yetirməsi hazırda «Qəbələ»nin əsas komandasının hücum xəttində çıxış edir.

Tunelin sonunda işıq görünür? Atanı dinləyək:

«Gülağa hazırda keçid dövrünü yaşayır. Gənclikdən böyük futbola keçidi necə olacaq, bu, vacib sualdır.

Özü ilə mütəmadi söhbət edirəm, valideyn yox, məşqçi kimi məsləhətlərimi verirəm, istiqamətləndirirəm. Bu yaşda futbolçularla psixoloji söhbətlər mütləqdir.

Perspektivi var, özünə inanır, amma 2-3 ildən sonra necə olacağını zaman göstərəcək. Qarşısına məqsəd qoyub, ona doğru inamla getməlidir».

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!