"Bizə inana bilərlər ki…"

22 İyun 2022 17:00 Qəbələ 752
"Bizə inana bilərlər ki…"

"Ölkəmizi Avropada ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yeni transferi İlkin Qırtımov deyib.

"Qəbələ" Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan "Fehervar"ı ilə qarşılaşacaq.

Əyalət təmsilçisi ilə 1 illik müqavilə bağlamış müdafiəçi avrokuboklarda uğurlu nəticə qazanacaqlarına inandığını bildirib

"Qəbələ" hazırkı nəticəni öz əzimkarlığı hesabına əldə edib. İnşallah, bunun davamını gətirmək üçün Avropada da əlimizdən gələni edəcəyimizə azarkeşlər inana bilər.

Yaxşı kollektivimiz var və burada olan hər kəs uğur qazanmaq iddiasındadır".

"Qırmızı-qaralar" ilk matçı iyulun 21-də Macarıstanda keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti