
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün "Zaqlembe" (Polşa) ilə yoxlama matçında qüvvəsini sınayıb.
Təmsilçimizin məğlubiyyət (1-2) aldığı oyunda komandanın əsas heyət üzvü Murad Musayev iştirak etməyib. Buna səbəb onun hərarətinin olması olub.
27 yaşlı müdafiəçi hazırkı durumu ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb: "Şükür Allaha hər şey yaxşıdır. Dünən komanda ilə məşqdə olmuşam. Bu gün özümü bir az narahat hiss elədim. Ona görə də həkimlər bir qədər dincəlməyi məsləhət gördülər.
İnşallah, bu narahatlıq da keçib gedər. Ümid edirəm ki, 1-2 günə komanda ilə məşqlərə başlayarıq".