Nərimana güvənməyən “Erzurum” ilkə imza atdı - VİDEO

08:40 Türkiyə 98
Nərimana güvənməyən “Erzurum” ilkə imza atdı - VİDEO

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası “Erzurumspor” Türkiyə Superliqasının 4-cü turunda evdə “Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.

Spotinfo.az xəbər verir ki, Nərimanın ehtiyatda qaldığı görüşdə Erzurum təmsilçisi ilkə imza atıb.

Belə ki, Superliqaya döndükdən sonra ilk qalibiyyətini 4-cü turda əldə edən “Erzurumspor” həm də tarixində ilk dəfə “Konyaspor”u məğlub etməyi bacarıb.

Komanda hazırda 4 xalla 15-ci pillədə qərarlaşır.

“Erzurumspor” növbəti turda sentyabrın 11-də “Beşiktaş”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!