“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu Karlos Eduardo bundan sonra paytaxt təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan birillik icarəyə götürülüb. İcarə müqaviləsində “Sabah”ın futbolçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
Karlos karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.
