Çempionlar Liqasındakı təmsilçimiz liqa mərhələsinin 1-ci turunda İngiltərədə meydana çıxacaq.
Azərbaycan çempionunun rəqibi ünlü “Mançester Yunayted”dir.
.“Bayquşlar” bu oyuna ciddi itki ilə çıxacaq.
“Zirə” ilə görüşdə zədələnərək meydanı tərk edən Stiv Solvet tibii müayinədən keçib.
MRT müayinəsindən sonra mərkəz müdafiəçisinin ingilislərə qarşı oynamayacağı məlum olub.
Həmin görüşdə zədələnən Umarali Raxmonaliyevin durumu nisbətən yaxşıdır. Özbək yarımmüdafiəçi kollektivlə məşq edir. Baş məşqçi Valdas Dambrauskas ehtiyac duyacağı təqdirdə Umaralı meydana çıxacaq.
Ksander Severina da oyunu buraxa bilər. 25 yaşlı cinah oyunçusunun meydana çıxmaq şansı 50-nin 50-yə dəyərləndirilir. Əsas heyətdə olmayacağı böyük ölçüdə dəqiqləşib.
Sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” dueli saat 23:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
