Ötən həftə Azərbaycan çempionatının I Liqasında yeni mövsüm başladı.
Ötən ildən fərqli bu dəfə liqada favoritlərin adlarında müəyyən dəyişikliklər var.
Külli miqdarda borcu yığılan "Mingəçevir" FK və maliyyəsi azaldılan "Baku Sportinq"in adı artıq iddialılar sırasında yoxdur.
Əksinə, maliyyə imkanları artan, yeni sponsorlar tapan "Səbail" və "Şahdağ Qusar" çempionluğa əsas namizəddir.
Bura Premyer Liqadan yenicə gələn "Karvan Yevlax"ı da aid etmək olar. Liqanın debütantları "Xankəndi" və "Gəncəbasar" isə istənilən rəqibə sürpriz edə biləcək gücdədir...
“Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini I Liqada yeni mövsümə həsr edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
