"Qəbələ"ni 3200 manat ziyana salan gecikmənin səbəbi - AÇIQLAMA

23 Sentyabr 2021 19:00 Qəbələ 786
"Qəbələ"ni 3200 manat ziyana salan gecikmənin səbəbi - AÇIQLAMA

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda ən ağır cəza "Qəbələ"yə verilib. Belə ki, Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi "Qəbələ" 3200 manat cərimə olunub.

“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat da əlavə cərimə olunub.

Bölgə klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a açıqlamasında 3200 manat cəriməyə səbəb olan gecikməni belə izah edib: "Oyunun gecikməsi klubla bağlı məsələ deyil. Səbəb Təcili Tibbi Yardım maşının stadiona gec gəlməsidir. Hər zamankı vaxtında gəlməli olan maşın bu dəfə gecikdi. Səbəb də gətirdilər ki, işləri çox olub. Təcili Tibbi Yardım maşını gəlmədən də oyun başlaya bilməz".

Digər Xəbərlər
Xəbər Lenti