"Qəbələ" strategiyası - Düzgün seçim, verilən zaman və nəticə

19 Sentyabr 2021 19:20 Qəbələ 1 068
"Qəbələ" strategiyası - Düzgün seçim, verilən zaman və nəticə

Mövsümün ən böyükhesablı qələbəsinə dünən "Qəbələ" imza atdı. Komanda doğma meydanda "Səbail"in daşını daş üstə qoymadı - 5-0!

Məsələ təkcə dünənki oyunda deyil. İstənilən komanda istənilən vaxt belə bir hesabla qalib gələ bilər. Amma "Qəbələ"nin bu qələbəsi strategiyanın məhsuludur.

Sanki bölgə klubunda nöqsansız bir ansabl çalışır. İdeal ötürmələr, sürətli hücumlar, baxımlı qollar, bir sözlə, gözəl futbol adına nə istəsəniz bu komandada var.

Bu ildən belə deyil. Ötən il də "Qəbələ" elə bu "Qəbələ" idi. Sadəcə təcrübəsizlik kimi vacib detal komandaya hardasa mane olurdu. Bu da özünü yekun nəticədə göstərirdi.

Nəticə olmayanda lap "Barselona" kimi oynasan da qulağına "istefa" sədaları mütləq gələcək. Belə məqamda rəhbərlik sabah görən olmalıdır. Bu günü düzgün analiz etməyi bacarmalıdır. Hay-huya getmək olmaz.

Ki, "Qəbələ" rəhbərliyi də düzgün olanı etməyi bacardı. Elmar müəllimə zaman verildi. Və ən önəmlisi sərbəst işləmək, sərbəst heyət qurmaq seçimi tanındı.

Bu günkü nəticələrə görə meydançadakı futbolçuların, onlara taktiki-texniki cəhətdən düzgün hazırlayan Elmar Baxşıyevin və gənc mütəxəsisə işləmək üçün lazım olan mühiti yaradan, zaman tanıyan rəhbərliyin payı var. Uğurun düsturu budur. Adı isə "Qəbələ"!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!