İspaniyanın məşhur klubunun qapıçısı "Qəbələ"də

18 İyul 2021 11:40 Qəbələ 2 306
İspaniyanın məşhur klubunun qapıçısı "Qəbələ"də

«Qəbələ» yeni mövsümün ilk legioner transferini həyata keçirib.

«Səbail»dən Ürfan Abbasovla Məqsəd İsayevi rənglərinə bağlayan, Nicat Mehbalıyevi «Sabah»dan icarəyə götürən əyalət təmsilçisi bu dəfə İspaniya bazarına üz tutub.

Sportinfo.az-ın məlumatına görə, bölgə klubu Kristo Atanqana ilə anlaşıb. 2000-ci il doğumlu qapıçı qarşıdakıı 1 ildə qırmızıı-qara formanı geyinəcək.

Avqustun 12-də ad gününü qeyd edəcək kiper əslən kamerunludur.

Özü İspaniyada dünyaya gəldiyi üçün bu ölkənin vətəndaşı olan Atanqana futbolda ilk addımlarını «Atletik»də atıb. O, son mövsümü Bilbao təmsilçisinin B komandasında keçirib.

Digər Xəbərlər
Xəbər Lenti